“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
31 Oktyabr 2024 16:59
5 936
İnternet böyük və xeyirli bir ixtiradır. Amma cəmiyyət buna hazır deyilmiş. İnternet insanlarda məsuliyyətsizlik yaratdı. Kimə nə istəyirsən de, şərlə, böhtan at, amma buna görə cəzalandırılmırsan. Əxlaqımızı internet və bəzi televiziya kanalları pozur.
Xalqcebhesi.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri xalq yazıçısı Anar "Qaranlıqda həqiqət" Yutub layihəsində deyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri telekanallardan şikayətlənib və interneti pisləyib:
"Kanallara çox baxmıram. Amma baxanda görürəm ki, o qədər söyüş söyürlər, ədəbsiz hərəkətlər edirlər... Ailələri gətirirlər, onların daxili problemlərini, heç kimin bilməməli olduğu məsələləri camaatın müzakirəsinə çıxarırlar. Bu müzakirələrin də müsbət nəticəsi olmur. İnsanların bir qismi xoşlayır ki, baxsın görsün qonşunun evində nə var. Bu marağı da bəzi televiziya kanalları qızışdırır".
30 Dekabr 2025 16:16
1 645
30 Dekabr 2025 11:46
1 750
29 Dekabr 2025 18:00
2 037