Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
AK Ukraynaya Aİ-nin pulları ilə ABŞ-dan silah almağı məhdudlaşdıra bilər
31 Oktyabr 2024 21:00
3 213
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi çərçivəsində Uzunmüddətli İqlim Strategiyası açıqlanacaq. Türkiyə həmçinin tədbirdə 2026-cı ildə keçirilməsi nəzərdə tutulan COP31-ə ev sahibliyi etməkdə qərarlı olduğunu vurğulayacaq.
Xalqcebhesi.az xəbər verir ki, Türkiyənin istixana qazı emissiyalarının azaldılması və 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi ilə bağlı yol xəritəsi yenidən gözdən keçirilərək son düzəlişlər edilib. Yol xəritəsinə əsasən, ölkədə istixana qazı emissiyalarının ən geci 2038-ci ilə qədər maksimum səviyyəyə çatması və ardından azalaraq 2053-cü ildə xalis sıfır emissiyaya nail olunması planlaşdırılır.
COP29-da Türkiyənin bu istiqamətdə hədəflədiyi yol xəritəsini ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirakçılarla bölüşəcək.