Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin son günlərdə qoşunların təmas xəttindəki gərinliyin artması ilə bağlı məktubunu cavablandırıb.
QMİ-nin verdiyi məlumata görə, Allahşükür Paşazadə məktuba cavabında bildirib ki, Azərbaycan xalqı regionda sülhün və beynəlxalq hüququn bərqərar olunmasının tərəfdarıdır: "Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmalıdır, qaçqınlar doğma yurdlarına qayıtmalıdır".