DİM bu gün bir sıra imtahanlar keçirib
5 May 16:16
5 May 16:16
Təhsil müəssisələrinin fəaliyyətinin bərpasında məqsəd tələsik açılmalar edib tələsik bağlanışlar etməməkdir.
Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dərslərin həftədə 3 dəfə bərpası zərurətdən irəli gəlir. Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.
"İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq".