DİM bu gün bir sıra imtahanlar keçirib
5 May 16:16
5 May 16:16
Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.