Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürmək tapşırılıb Hadisə

Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürmək tapşırılıb

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.