5 Dekabr 22:04
5 Dekabr 21:38
13 Aprel 2021 14:36
1 806
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXII turunda baş verənlər müzakirə olunub.
“Neftçi” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimə olunub.
“Səbail”lə matçda 4 futbolçusu sarı vərəqə alan “Sabah”ın da cəzası eyni olub. “Səbail”in oyunçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klub 200 manat cərimələnib.
“Keşlə” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat ödəyəcək. Qəsəbə təmsilçisi öz meydanında keçirdiyi matçda stadiona gələrkən gecikdiyi üçün daha 800 manat cərimə olunub.
6 Dekabr 14:23
1 575
6 Dekabr 13:33
1 554
6 Dekabr 11:55
2 163