"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır" Siyasət

"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır"

Azərbaycanın İranda səfirliyinə qarşı həyata keçirilən terror aktından sonra rəsmi Bakı səfirliyinin fəaliyyətini dayandırdı. İran tərəfi Azərbaycana səfirliyin yenidən fəaliyyəti üçün dəfələrlə müraciət edib və danışıqlar aparıb. Azərbaycanın şərtlərinə isə, İran tərəfi əməl etmir. Şərtlərə əməl etməsi bir tərəfə Azərbaycanın suverenliyi və təhlükəsizliyini hədəfə alan siyasətini davam etdirir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, regionda sülhə mane olmaq üçün Ermənistana silah ötürür. Azərbaycana qarşı SEPAH tərkibində terror təşkilatı təsis edərək, müxtəlif platformalardan anti-Azərbaycan təbliğatını aparır:

"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır. Birinci, SEPAH Azərbaycana qarşı informasiya sahəsində terror və təhlükəsizliyi təhdid edən çağırışlarina son verməlidir. İkinci, İranda fəaliyyət göstərən Azərbaycana qarşı terror çağırışları edənlərin həbsini tələb etməlidir. Üçüncü, İran öz ərazisindən anti-Azərbaycan toplantılarına son verməlidir. Və digər şərtlərdə öz qüvvəsində qalmalıdır.

Göründüyü kimi, İran tərəfi geri addım atmır. Növbəti aylarda Azərbaycan və İran prezidentləri sərhəddə su bəndinin açılışını etməsi gözlənilir. Bu görüş ikitərəfli əlaqələrin normallaşmasında yeni mərhələ ola bilər. İlk növbədə Tehran yuxarıdakı qeyd etdiyim şərtlərlə əməl etsə, normallaşma mümkündür".

Cavid