Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb İqtisadiyyat

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb

1 may tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 768,9 min olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 0,9 % çoxdur.

Sözügedən tarixə aktiv ƏDV ödəyicilərinin sayı 5,3 faiz artaraq 48,1 min təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6 faiz artıb və 205,7 min olub.