Türkiyə İsraili Rəfah sərhəd keçidindən geri çəkilməyə çağırıb Dünya

Türkiyə İsraili Rəfah sərhəd keçidindən geri çəkilməyə çağırıb

Qəzzada atəşkəsin yaradılması, girov və məhbusların qarşılıqlı azad edilməsi ilə bağlı son təklifin Fələstin tərəfindən qəbul edilməsini alqışladıq.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
O qeyd edib ki, Qəzzada dağıntı və qırğınların sona çatması istiqamətində bu qədər müsbət irəliləyiş olsa da, İsrailin Rəfaha hücumlarını artırması Netanyahu hökumətinin vicdanlı davranmadığını bir daha göstərbi:

“Rəfaha qarşı əməliyyat təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrailin işğal etdiyi Rəfah sərhəd keçidinin Qəzza hissəsindən dərhal geri çəkilməsi vacibdir. Rəfahda və sərhəd keçidində status-kvo tez bir zamanda bərpa olunmalıdır”.