“Narkomaniya bir xəstəlikdir” Hadisə
Qüdrət Həsənquliyev: "Cəzaçəkmə müəssisələri narkomanların müalicə yeri deyil, biz xəstələri lazımi yerlərdə müalicə etməliyik"
Milli Məclisin dünənki iclasında parlamentin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı parlamentarilərin müzakirəsinə təqdim olunub. Millət vəkilləri çıxışlarında onları narahat edən məsələlərin qanunvericilik qaydasında tənziml ənməsi barədə təkliflər irəli sürüblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də çıxışında öz irad və təkliflərini ifadə edib: "Mən bu gün hər birimizi narahat edən ciddi bir məsələ haqqında danışmaq istəyirəm. Bizim yaz sessiyasınını iş planı çox zəngindir. Qeyd etmək istəyirəm ki, bu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatı ili elan olunub. Ümid edirəm ki, nəhayət, biz "Kənd təsərrüfatı kooperasiyası" haqqında qanun layihəsini qəbul edəcəyik. Bundan başqa, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən çox ciddi 2 qanun layihəsi təqdim olunub. Hesab edirəm ki, son dərəcə zəruri və əhəmiyyətli qanun layihələridir. Hesab edirəm ki "Elm haqqında" qanun layihəsini də biz yaz sessiyasında müzakirə edib, qəbul edə biləcəyik. Bunları qeyd etməklə yanaşı, sözsüz ki, iş planınını təsdiq olunmasına səs verəcəyəm".
Millət vəkili parlament rəhbərliyinin və həmkarlarının diqqətini narkomaniyanın genişlənməsi faktına da yönəldərək, bu məsələyə daha həssas yanaşılmasının vacibliyini vurğuladı: "Mən istəyirəm ki, son zamanlar ölkədə xüsusilə gənc qızların hesabına genişlənən narkomaniya problemi haqqında danışım. Biz mütləq müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər etməliyik. Hal-hazırda Azərbaycan hökuməti narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar olaraq bir çox beynəlxalq konvensiyalara qoşulub. Eyni zamanda bu gün Azərbaycanda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası fəaliyyət göstərir. Bundan başqa 2005-ci ildə biz "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanun qəbul etmişik. Amma çox təəssüf ki. bütün dünyada yayılmaqda olan bu bəla Azərbaycanda da genişlənib. Bu gün məndə olan məlumata görə, Azərbaycan həbsxanalarında yatan məhbusların təqribən 30 faizə qədəri narkomanlardır. Biz adını çəkdiyim qanunu qəbul edərkən həm də müəyyənləşdirmişik ki, hansı narkotik maddədən neçə qram şəxsin üzərində olarsa, bu, şəxsi istehlak üçün nəzərdə tutulur. Ondan artıq miqdar isə narkotik maddənin saxlanması kimi qiymətləndirilir və həmin şəxslər məhkum olunur. Hal hazırda da Azərbaycanda ən çox yayılan narkotik maddələr marixuana və tiryəkdir. Marixuana üçün 5qram, tiryək üçün isə 0,5 qram müəyyən olunub. Amma narkomanların çoxu narkotikanı alanda onlar özləri ilə tərəzi aparmırlar ki, artıq-əskik gəlməsin deyə milliqramla dəqiq çəksinlər. Ona görə də açıq danışmaq lazımdır ki, narkotikaya görə həbs olunanların mütləq əksəriyyəti narkomanlardır".
Qüdrət Həsənquliyev qeyd etdi ki, müvafiq qanunvericilikdə narkomaniya bir xəstəlik kimi təsbit olunur: "Əgər bu insanları qanunla xəstə kimi qəbul etmişiksə və prezident də bu qanunu təsdiqləyibsə, onda bu xəstələri həbsxanalara doldurmağın mənası yoxdur. Yəni cəzaçəkmə müəssisələri narkomanların müalicə yeri deyil. Biz xəstələri lazımi yerlərdə müalicə etməliyik. Deməli, bu istiqamətdə daha ciddi tədbirlər görülməlidir. Baxın, son zamanlar Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nə qədər narkotik vasitələrin Azərbaycana girişinin qarşısı alınır, həmin şəxslər həbs olunurlar. Amma bu zaman biz nəyi müşahidə edirik? Əsasən narkotik maddəni daşıyanlar və onu istehlak edənlər tutulur. Narkotik maddənin yayımı ilə məşğul olanlar, narko-sindikatlar və mütəşəkkil cinayətkar dəstələri ifşa etmək mümkün olmur. Ona görə ki, onların böyük bir hissəsinin mərkəzləri Azərbaycandan kənardadırlar, xüsusilə də İrandadır. Mən hesab edirəm ki, İranla dövlət səviyyəsində ciddi danışıqlar aparılmalıdır. Biz mətbuatda, televiziyada oxuyuruq ki, həbs olunan şəxslər bu maddələri İrandan mənşəyi məlum olmayan kimsələrdən alır. Yəni bu məsələlər İran dövləti ilə ciddi araşdırılmalıdır. Bəzən o adamların həbs edilməsinə tələsmək lazım deyil. Çalışmaq lazımdır ki, bu işlə mütəşəkkil məşğul olan o sindikatı ifşa eləmək mümkün olsun. Bəzi hallarda biz, bilirik ki, Azərbaycanın özündə də, elə başqa ölkələrdə də bu narkobaronlar, narko-sindikatlar özləri onların həbsini təşkil edirlər, ayrı ayrı narkomanların haqqında məlumat verirlər. Amma dediyim kimi bu işin təşkilatçıları məsuliyyətdən kənarda qala bilirlər. Ona görə biz nə etməliyik? Bununla əlaqədar olaraq parlamentdə müvafiq dövlət strukturlarınını iştirakı ilə, o cümlədən adını çəkdiyim bizim hörmətli Əli Həsənovun rəhbərlik etdiyi komissiyanın üzvlərinin iştirakı ilə, ictimaiyyətin iştirakı ilə dinləmələr keçirmək lazımdır və bu qanunu dəyişməliyik.
Məktəbliləri, universitet tələbələrini narkomanlığa cəlb edirlər. Orta məktəblərdə müvafiq reklam çarxları göstərilməlidir ki, narkomanlar hansı günə qalırlar, narkomaniya hansı faciələrə yol açır. Son vaxtlar oğurluq cinayətlərinin sayı artıb.
Bəzən yaşlı insanların evinə girib 3-5 manata görə, onları qətlə yetirirlər. Ona görə ki, onlara narkotik maddə almaq üçün pul lazımdır. Narkomaniya digər cinayətlərə yol açır. Bu böyük bir faciədir. Təəssüf ki, qızlarımız artıq narkomaniyaya cəlb olunur, onları buna azərbaycanlı kişilər cəlb edirlər. Ona görə də, bununla bağlı mütləq dinləmə keçirilməli və biz o qanunu mütləq qəbul etməliyik. Məktəblərdə müvafiq reklam çarxları nümayiş etdirilməli və təbliğat işi qurulmalıdır".
Millət vəkili dedi ki, inzibati orqanların gücü ilə bu bəlaya qarşı mübarizə aparmaq mümkün deyil: "Azərbaycan coğrafi mövqeyinə görə, Asiya ilə Avropanın arasında yerləşir, bir dəhliz rolunu oynayır. Narkotika satışı ilə məşğul olan o sindiqatlar çalışırlar ki narkotik vasitələrin Azərbaycan üzərindən daşınmasını təmin eləsinlər. Ona görə də bu bəlaya qarşı mübarizə aparmaq üçün ilk növbədə biz Cinayət Məcəlləsinə yenidən baxmalıyıq və Cinayət Məcəlləsində sadəcə olaraq normadan artıqdır deyə narkomanlar cinayət məsuliyyətinə cəlb olunmamalıdır. Əgər istintaq orqanı sübut edə bilirsə ki, bu onu satış məqsədi ilə özündə saxlayır, yaxud hansısa cinayətkar qrupun üzvü olaraq o narkotikanı saxlayır, o halda onu məsuliyyətə cəlb eləmək lazımdır. Biz də qanunvericilik qaydasında qəbul etmişik, dünya da qəbul edib ki, narkoman olmaq cinayətkar olmaq demək deyil, bu bir xəstəlikdir. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün onları həbsxanaya doldirmaq olmaz. Dövlətin onlara həbsxanada saxlanılmaları üçün nə qədər xərc çəkdiyini hamımız bilirik. Ona görə də mən çox istərdim ki, yaz sessiyasında biz bu qanunu "Narkomaniyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu kimi qəbul edək. Qanunda mahiyyət etibarilə üzərində köklü şəkildə dəyişikliklər aparmaq lazımdır və həmin qanundan mıxış edərək Cinayət Məcəlləsində, İnzibati Hüquqpozmalar haqqında Məcəllədə müvafiq dəyişikliklər də etməliyik".