İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 Sentyabr 2025 17:06
2 408
Bakıda keçiriləcək "2025 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabrda Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.
Xalqcebhesi.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Nağd pul ofisi" növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.
Əlavə suallarla bağlı AMB-nin "Qaynar xətt"inə (966) müraciət oluna bilər.
"Nağd pul ofisi" əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.