“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
16 Sentyabr 2025 15:27
4 410
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-7-də Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.
Ziyarətçilərin metronun "Elmlər Akademiyası", "28 May" və "Koroğlu" stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək. Sərgi saat 10:00-dan 20:00-dək keçiriləcək.
4 İyun 10:56
1 491
2 İyun 20:00
10 521
1 İyun 18:57
2 394