Bu gün Beynəlxalq Rəqs Günüdür Mədəniyyət
- 29 Aprel 11:25
- 3 899
Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.
Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.
- 15 May 17:21
- 917
- 15 May 09:36
- 1 127
- 14 May 17:13
- 1 582
-
“Müsəlman dünyasında ən güclü ailə modeli Azərbaycanda idi”
-
“Gürcüstan və Ermənistana fərqli yanaşma...”
-
Cənubi Qafqaz regionunun gələcəyini təhlükəyə atan güc Qərbdir
-
“Paşinyan istefaya məcbur edilə bilər”
-
Bakı COP29-a hazırdır
-
İsraili cəzalandırmaq istəyən bir sıra Qərb ölkələri də var
-
Kilsə Paşinyanı devirə biləcək?
-
Diaspor və lobbi təsisatları geosiyasi alət kimi
-
Deputat: ATƏT-in Minsk qrupunun saxlanması üçün heç bir səbəb yoxdur
-
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
-
Hakan Fidan: "HAMAS atəşkəs olacağı halda girovları İsrailə qaytarmağa razı idi"
-
“Azərbaycan bizim ata-baba yurdumuzdur”
-
“Hazırda bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır”
-
Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinə sui-qəsdi qınayıb
-
Gəncədə ev yanıb
-
Ermənistanla Gürcüstan arasında siyasi məsləhətləşmələr olub
-
Gürcüstan Prezidenti Şarl Mişellə danışıb
-
Peter Mixalko: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə əhəmiyyətli rol oynayır
-
Aİ humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək
-
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
-
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
-
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
-
Bakıda qadına zor tətbiq edən şəxs həbs olunub
-
Bakı metrosunda sərnişinin halı pisləşib, qatar yubanıb
-
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
-
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
-
Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
-
Bakıda yağış yağacaq, külək olacaq - XƏBƏRDARLIQ
-
Hakan Fidan Entoni Blinkenlə telefon danışığı aparıb
-
Əfv Komissiyasının növbəti iclası keçirilib
-
Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir
-
Qaz hasilatı və ixracı artır
-
Urmu Gölü dirçələcəkmi?
-
“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim təşkil edilib
-
"Biznesin müflişləşməsi" indikatoru üzrə Yol Xəritəsi təqdim edilib
-
Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadılıb
-
Sinqapurlu nazir Azərbaycanın COP-29-la bağlı fəaliyyətini yüksək qiymətləndirib
-
Ərdəbildə sosial media fəalları həbs edilib
-
Ətraf mühit aktivisti Ermənistanın 2 çirkləndirici təsisatını aşkarlayıb
-
Rusiya qoşunları Xarkov və Zaporojye istiqamətində irəliləyib
-
Zelenski bütün xarici səfərlərini təxirə salıb
-
Suriyadan daha 8 nəfər Azərbaycana gətirilib
-
Azərbaycan və Belarus XİN rəhbərlərinin Bakıda görüşü keçirilib - YENİLƏNİB
-
Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb
-
Zaxarova Qərbin Gürcüstan və Ermənistandakı etirazlar arasında fərq qoyduğunu deyib
-
Azərbaycan yanvarda “OPEC+” kvotasından 71 min barel geri qalıb - PROQNOZ
-
“Ən yaxşı təqdimat” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib
-
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
-
Apreldə 3,4 mindən çox şəxsə pensiya təyinatı aparılıb
-
İstanbulda tarixi Misir bazarında yanğın olub
-
Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayır
-
Nazir: 77 şagirdimiz qabaqcıl dünya universitetlərinə qəbul alıblar
-
Gürcüstan Prezidenti parlament seçkiləri ilə əlaqədar “Avropa platforması” təsis edib
-
Sumqayıtda Uşaq İncəsənət məktəbində 188 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
-
Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı var
-
ABA sədri: Rəqəmsal bankların formalaşdırılması ilə bağlı qanunvericilik islahatları həyata keçirilməlidir
-
Tatarıstanda Ukrayna PUA-sı vurulub
-
NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb