Azərbaycan təmsilçiləri “Avroviziya-2024”də mübarizəni dayandırıb Mədəniyyət

Azərbaycan təmsilçiləri “Avroviziya-2024”də mübarizəni dayandırıb

Azərbaycan “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizəni dayandırıb.

APA xəbər verir ki, çıxışlardan sonra səsvermə keçirilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov mübarizəni dayandırıblar.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri isə finala adlayıblar.

***

Saat 00:25

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri səhnəyə çıxıb.

APA xəbər verir ki, Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov “Özünlə apar” mahnısını ifa ediblər.

Onlar səhnədə 12-ci nömrə ilə çıxış ediblər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.