Venesueladakı zəlzələdə ölənlərin sayı 589 nəfərə yüksəlib Gündəm

Venesueladakı zəlzələdə ölənlərin sayı 589 nəfərə yüksəlib

Venesuelada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 589 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriqes "Venezolana de Televisión" dövlət telekanalının efirində məlumat verib.

"Təəssüflə bildirməliyik ki, artıq 589 ölü və 2980 yaralı var, lakin bununla yanaşı biz onlarla insanı xilas edə bilmişik", — deyə siyasətçi qeyd edib.

Məryəm Quliyeva