NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş edir
28 Noyabr 13:38
28 Noyabr 13:38
27 Noyabr 16:42
27 Noyabr 14:34
09:10
217
ABŞ Prezidenti Donald Tramp “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb.
Donald Tramp bu barədə “Truth Social”-da paylaşımnda bildirib.
“Fox News” və “The Wall Street Journa”l heç vaxt super intellekt (SI) ifadəsindən istifadə etmirlər. Onlar hər fürsətdə Süni İntellekt (AI) ifadəsini işlətməyə çalışırlar. Amma eybi yoxdur, çünki super intellekt həmişə süni intellekt üzərində üstünlük qazanacaq. Bu, daha dəqiq addır – söhbət süni deyil, super olan intellektdən gedir!
Şennon Brim onun süni intellekt (AI) adlandırdığı mövzu ilə bağlı veriliş aparır. O, dönə-dönə “süni” sözünü işlədir. Kimsə, zəhmət olmasa, ona izah edə bilərmi ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir!”, - deyə ABŞ Prezidenti vurğulayıb.
09:12
252
28 Noyabr 15:59
1 064
28 Noyabr 15:02
1 169