Zərdabda “Kütləvi çıxarış” kampaniyası İqtisadiyyat
- 4 Sentyabr 2015 17:04
- 560
Əmlak Məsələləri Dövlət Komitəsinin rahat və operativ xidməti olan "kütləvi çıxarış" kampaniyasından sentyabrın 4-də Zərdab rayon sakinləri yararlanıb. Komitədən AZƏRTAC-a bildirilib ki, "kütləvi çıxarış"ın regionlarda təşkilinin məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Kampaniyanın Zərdab rayonunda keçirildiyi müddətdə 400-dək sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 240-dək vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 160-dək vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib. Kampaniya çərçivəsində Zərdab rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərində qeydiyyat xidmətlərindən faydalanıblar.
"Kütləvi çıxarış" kampaniyası əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xidmətləri əhatə edir. Kampaniya bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəki, Mingəçevir, Zaqatala, Şamaxı, Şirvan, Qusarda keçirilib. Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4 min 750-dək vətəndaşa xidmət göstərilib.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilirlər. Mobil ofislər qeydiyyat xidmətlərini vətəndaşların ünvanına çatdırır. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır. Eyni zamanda, daşınmaz əmlaka dair texniki pasportların tərtibi, dəyişdirilməsi, dəqiq çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Vətəndaşlara təkrar bazarda alqı-satqıdan sonra texniki pasportların da dəyişdirilməsinin zəruriliyi çatdırılır. Bununla bağlı onlara hüquqi yardımlar göstərilir. Ötən ilin aprel ayından tətbiq olunan mobil ofis xidmətlərindən isə bütün respublika üzrə 71 minə yaxın vətəndaş yararlanıb.

-
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi barədə ev dustaqlığı həbslə əvəz edilib
-
Ucarda iş yerində xəsarət alan şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
-
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib
-
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
-
Türkiyə İsraili Rəfah sərhəd keçidindən geri çəkilməyə çağırıb
-
BMT Baş katibi İsrailə çağırış edib
-
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
-
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
-
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
-
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
-
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
-
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
-
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
-
Ötən ay 785 qanunsuz miqrant saxlanılıb - VİDEO
-
İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
-
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
-
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
-
Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirilib
-
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
-
Şirkətin xəzinədarının 163 min manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə başlayır
-
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
-
Aleksandr Novak: Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Zaxarova Londonu hədələyib: Britaniya hərbi obyektlərini vura bilərik
-
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
-
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
-
Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır
-
Sumqayıtda təhsil müəssisəsində 250 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
-
Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
-
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
-
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
-
"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır"
-
Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb
-
Taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanılıb
-
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
-
Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur
-
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
-
“Supermen” filmindən ilk kadr yayımlanıb
-
"Dərinsulu Günəşli" platforması üzrə profilaktik işlər başa çatıb
-
Dünya üzrə qızlar üçün ən birinci məktəb Marağa şəhərində olub
-
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
-
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
-
Rusiya hökuməti istefa verib
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb
-
30 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn edilib - FOTO/VİDEO
-
Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib
-
Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb
-
Paşinyan: Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi XİN başçılarının görüşündə müzakirə olunmalıdır
-
Deputat qəzet köşklərində siqaret satılmasına qarşı çıxıb
-
Putin rəsmi olaraq beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB
-
Sabir Rüstəmxanlı: 3-4 manatlıq arağa baxanda bilinir ki, saxtadır, bəs, buna lisenziyanı kim verir?
-
Sabahın hava proqnozu
-
"Ermənistanda kilsənin siyasi etirazları nəticə verməyəcək"
-
Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır - Qüdrət Həsənquliyev