İqtisadiyyat nazirinə yeni müavin təyin olundu İqtisadiyyat

İqtisadiyyat nazirinə yeni müavin təyin olundu

Anar Axundov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncamı imzalayıb.

Qeyd edək ki, A.Axundov 1975-ci ildə anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.

Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb.

1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib.
2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub.

2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, 2 övladı var.