"Neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb" İqtisadiyyat

"Neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb"

"Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb". Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib : "Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fervral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, bu ilki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb".