“ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub” Dünya

“ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub”

“ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji məhsullarına tarifləri artıran qərar imza atıb. “The Wall Street Journal” dərgisinin yazdığına görə, Baydenin qərarıyla artırılan rüsum Çində istehsal olunan minerallara, günəş panellərinə və batareyalara da tətbiq ediləcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, bununla Vaşinqton Avropa İttifaqının üzləşdiyi problemdən yayına bilib: “Brüssel də Avropaya idxal olunan Çinin ucuz elektromobillərindən şikayətçidir. Brüssel hesab edir ki, Pekin yerli istehsalçılara böyük subsidiyalar ayırmaqla ədalətli rəqabətə mane olur. Subsidiya hesabına Çin istehsalı olan elektomobillərin qiyməti ucuzlaşır və Avropa ölkələrində istehsal olunan elektromobillərə maraq azalır. Çünki alıcı ilk növbədə qiymət fərqinə üstünlük verir. İqtisadi ekspertlərin fikrincə, Çin istehsalı olan elektromobillər Avropa bazarında böyük paya sahibdir”.