Hidroenerji sferası Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna müraciətlər arasında üstünlük təşkil edir - Həmsədr İqtisadiyyat

Hidroenerji sferası Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna müraciətlər arasında üstünlük təşkil edir - Həmsədr

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna ünvanlanmış müraciətlərin böyük hissəsi kiçik hidroenerji sahəsinə aiddir.

Trend xəbər verir ki, bu barədə qırğız KİV-ə fondun İdarə Heyətinin həmsədri Almaz Mambetov deyib.

"Fonda göndərilən müraciətlərdə hidroenerjinin payı 29 faiz, infrastruktur layihələr isə 22 faiz təşkil edir. Emal sənayesi 17, aqrar sənaye 13, turizm isə 10 faiz təşkil edir", - o deyib.

İdarə heyətinin həmsədrinin sözlərinə görə, fondun yaradılması elan olunan dövrdən çox sayda müraciət daxil olub. Bugünədək 42 şirkətdən 42 müraciət daxil olub. Müraciətlərin ümumi məbləği 160 milyon ABŞ dollarından çoxdur. Fond sahibkarlarda və iş adamlarında böyük maraq doğurur.

"Bu, artıq Qırğızıstanda 4-cü inkişaf fondudur. Əvvəlcə, Qırğızıstan-Rusiya, sonra isə Qırğızıstan-Özbəkistan və Qırğızıstan-Macarıstan fondu yaradıldı. Azərbaycan-Qırğızıstan fondundan sonra Qırğızıstan-BƏƏ fondu yaradıldı", - o deyib.

Qeyd edək ki, 11 oktyabr 2022-ci il tarixində Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə saziş imzalandı. İlkin olaraq inkişaf fondunun nizamnamə filialı 25 milyon ABŞ dolları olub. 2024-cü ilin aprel ayında bu məbləğ 100 milyon dollara qədər artırılıb.