Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir - Yusif Abdullayev İqtisadiyyat

Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir - Yusif Abdullayev

Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Əfsuslar olsun ki, ticarət rəqəmlərimiz çox da deyil. Slovakiyanın Azərbaycanda 7 şirkəti fəaliyyət göstərir. Təşkil etdiyimiz forumdan sonra həm ticarət əlaqələrimiz daha da inkişaf edəcək. Ümumilikdə 90-dan çox şirkət nümayədələri bu forumda iştirak edir. Bu biznes forumu Slovakiyanın baş nazirinin Azərbaycana səfəri çərçivəsində hazırlanıb. İnanırıq ki, həm sənaye, kənd təsərrüfatı, həm də İT sahəsində əməkdaşlıq inkişaf edəcək.
İki dövlət arasında ixrac çox azdır. Bunun genişləndirilməsi lazımdır. Yalnız məhsulların yox, xidmət ixracının da öz töhfəsini verməyi gözləyirik", - deyə Y.Abdullayev bildirib.