DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq İqtisadiyyat

DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq

Növbəti il turizm sektoru üçün iş yükü baxımından olduqca gərgin il olacaq.

"APA-Economics" Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Turizmin inkişafı” işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

"Turizm koodinasiyalı fəaliyyət növüdür. Koordinasiya olmasa, digər dövlət qurumları və özəl sektor proseslərə cəlb edilməsə yüksək nəaliyyətlər əldə etmək mümkün olmayacaq", - deyə K.Qasımov əlavə edib.