

16 Sentyabr 17:30
16 Sentyabr 17:18
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin rəhbəri Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, cari ilin ilk yarısında Azərbaycanın xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 3,4 milyard ABŞ dolları təşkil edib.
S. Nəsirov bildirib ki, ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr- Böyük Britaniya (806 milyon ABŞ dolları), Türkiyə (629 milyon ABŞ dolları), Kipr (353 milyon ABŞ dolları), İsveçrə (226 milyon dollar) və İran (176 milyon ABŞ dolları) olub.
Əvəzində, Azərbaycan 2025-ci ilin ilk altı ayında ümumilikdə 1,349 mlrd. dollar həcmində investisiya edib.
Azərbaycandan ən çox yatırım İsrail (542 milyon dollar), Türkiyə (177 milyon ABŞ dolları), BƏƏ (156 mln. dollar), Gürcüstan(77 mln. dollar), və ABŞ (77 mln.dollar) təşkil edib.