Rusiyada Ukraynaya casusluq etməkdə ittiham olunan afrikalı saxlanılıb Dünya

Rusiyada Ukraynaya casusluq etməkdə ittiham olunan afrikalı saxlanılıb

Rusiyanın Həştərxan vilayətində Ukraynaya casusluq etməkdə şübhəli bilinən afrikalı saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Afrika vətəndaşı hərbi obyektlər haqqında Ukraynanın hərbi kəşfiyyatına məlumat ötürüb.