Bu il Azərbaycana daxil olan pul baratlarının həcmi 534 mln. dollara çatıb İqtisadiyyat

Bu il Azərbaycana daxil olan pul baratlarının həcmi 534 mln. dollara çatıb

Bu ilin I yarısında pul baratları formasında ölkəyə daxil olan vəsaitlərin həcmi 533,9 milyon dollar olub.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O bildirib ki, Rusiyadan ölkəyə daxil olan vəsaitlərin həcmi 214 mln. dollar, Türkiyədən 87,8 mln. dollar, ABŞ-dan 52,1 mln. dollar, Böyük Britaniyadan 18,8 mln. dollar, BƏƏ-dən 18,6 mln. dollar təşkil edib.

Azərbaycandan ən çox pul baratları Türkiyəyə (68 mln. dollar), ABŞ-a (40 mln. dollar), Rusiyaya ( 22,1mln. dollar), Gürcüstana (13,9 mln. dollar) və Böyük Britaniyaya (12,3 mln. dollar) göndərilib.