WUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıb İqtisadiyyat

WUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıb

"Cenevrə şəhərində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Anaklaudia Rossbax ilə birlikdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişini imzaladıq".

Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" hesabında paylaşımda qeyd edib.

"Bu sənədin imzalanması 17–22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

Un-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndiririk. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023cü ildə Bakıda keçirilmiş tədbirlər bunu təsdiqləyir. Bu gün Azərbaycan İnsançərkəzli Ağıllı Şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir.

Əminik ki, Un-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insanyönümlü şəhərlərin təşviqinə töhfə verəcək", - paylaşımda qeyd olunub.

WUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıbWUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıbWUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıb