2 Aprel 13:47
2 247
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü Moskva səfərini çox uğurlu adlandırıb.
"Armenpress"in məlumatına görə, bunu Ermənistan Baş naziri brifinqdə səfər çərçivəsində hansı razılaşmaların əldə edildiyi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Biz bir sıra sahələrdə, demək olar ki, gündəliyimizin bütün sahələrində - mədəniyyətdən tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret razılaşmalar əldə etmişik. Və mən səfəri çox uğurlu qiymətləndirirəm", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri aprelin 1-də Moskvaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
12:05
1 134
29 May 14:34
1 645
29 May 11:35
1 477