16:16
637
İtaliyanın "Napoli” klubu İngiltərə təmsilçisi "Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir.
Xarici KİV xəbər verir ki, A Seriyası təmsilçisi misirli hücumçunun müqavilə vəziyyətini yaxından izləyir.
“Napoli”nin Salahla bağlı tezliklə ciddi addımlar atmağa hazırlaşdığı bildirilir. Futbolçunun bazar dəyəri 30 milyon avro civarında qiymətləndirilsə də, “Liverpul”onu 23–29 milyon avro qarşılığında buraxmağa hazırdır.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı klubları da Salahla maraqlanır. Xüsusilə “Əl-İttihad” ulduz futbolçu üçün daha yüksək məbləğ təklif edir.
Qeyd edək ki, 33 yaşlı futbolçu bu yaxınlarda 2026-cı ilin yayında İngiltərə klubundan ayrılacağını açıqlayıb. Məhəmməd Salah Misir millisində 113 oyunda 65 qol vurub.