“Bakı Zəngəzur dəhlizində nələrsə əldə etməyə çalışacaq” Siyasət

“Bakı Zəngəzur dəhlizində nələrsə əldə etməyə çalışacaq”

“Bakının Laçına post qurması “hər iki dəhlizin eyni rejimdə işləməsi” məsələsini aktuallaşdırır və Rusiyanın Qərb platformasında gündəmə gələn, onun vasitəçiliyinə risk yaradan bu məsələdə də təşəbbüsü ələ almaq istiqamətində addım atması istisna deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki,
bu məsələdə korrektlərin Zəngəzur dəhlizində erməni postu qurulsa belə, müəyyən daşımalarda və keçidlərdə güzəştlərin tətbiqi çərçivəsində olması mümkündür: “Laçın dəhlizini ləğv edən Bakı Zəngəzur dəhlizində nələrsə əldə etməyə çalışacaq. Rəsmi Bakının Laçına post qoymaqla masada Azərbaycan ərazisi ilə bağlı müzakirəni “Ermənistan ərazisi” ilə dəyişdirməsi də xüsusilə diqqət çəkir”.