Yanvar-mart aylarında Türkiyənin Qırğızısıtana sement məhsulları ixracının həcmi açıqlanıb Siyasət

Yanvar-mart aylarında Türkiyənin Qırğızısıtana sement məhsulları ixracının həcmi açıqlanıb

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qırğızısıtana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 85,7 faiz azalaraq, 783 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Qırğızısıtana 199 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 83,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.