Sülhdən qaçan erməni keşişlərini kim təlimatlandırır? Siyasət

Sülhdən qaçan erməni keşişlərini kim təlimatlandırır?

Ermənistandakı etiraz aksiyalarının drijoru və təşkilatçısı arxiyepiskop Baqrat Qalstanyanın olduğunu media yazır. Erməni kilsələri insanları terror aktı törətməyə, çaxnaşmalar, təlatümlər yaratmağa təşviq etməsi faktı təbii ki, yenilik deyil.

Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, tarixə nəzər salsaq erməni kilsələrinin antitürk siyasətinin mahiyyətində “böyük Ermənistan” xülyasının əsas hədəflərdən biri olduğu bəlli olur. Bu gün isə bəlli olan odur ki, həmin xülyalar puça dönür. Qaranlıq miflərə deyil, mövcud reallığa və ədalətə uyğun olaraq regiona sülh gəlir. İqtisadi inkişaf üçün yeni imkanlar yaranır.

Təəssüf ki, bəzi qüvvələr bunu qəbul edə bilmirlər. Ermənistanın yaradıcısı, uzun illər himayədarı olan Rusiya və beyni zəhərlənmiş erməni diasporu, digər məkrli qüvvələr buna imkan verərlərmi? Xeyr!
Müşahidələrimizə əsasən onu deyə bilərik ki, sülhə mane olmaq istəyən qüvvələrin məqsədi odur ki, yaxın perspektivdə ilkin də olsa sülh müqaviləsi imzalanmasın. Bizə məxsus olan tarixi yurd yerlərimiz, həmin kəndlərin sakit şəkildə qaytarılması baş tutmasın. Azərbaycan isə haqqı-ədaləti bərpa etmək üçün hərbi müdaxilə etsin:

"Nəticədə regionda gərginlik daha da artsın. Sülhdən qaçan erməni keşişlərini təlimatlandıranların hədəflərində bu və digər pozucu planların olması mümkündür.
Ermənistanın baş naziri, zavallı N. Paşinyanın öz ölkəsində dərinləşən təxribatların qarşısını alıb, sülh müqaviləsinin imzalamnası ilə bağlı addımlar atacağı haqqında bu gün nəisə demək çətindir. Hər halda prosesləri diqqətlə izləyib adekvat addımlar atmalıyıq".

Cavid