“Daneliya isə 60 il əvvəl Vaxtanq Kikabedzinin dili ilə erməni kilsəsinin iç üzünü açmağa çalışıb” Siyasət

“Daneliya isə 60 il əvvəl Vaxtanq Kikabedzinin dili ilə erməni kilsəsinin iç üzünü açmağa çalışıb”

“Azərbaycan kəndlərinin geri qaytarılmasına etiraz edən ekstremist apostol kilsəsinin nümayəndəsi Baqrat Sarbazanın rəhbərliyi və Robert Köçəryanın sponsorlugu ilə gün ərzində İrəvana doğru orta hesabla 160 km yol qət edən fərarilər növbəti "saxta dünya rekorduna" imza atıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, bildirib ki, indiyə qədər dünyada gün ərzində 50 km-dən uzaq məsafəyə yurus həyata keçirilməyib: “İndi anlayıram ki, rəhmətlik Georgi Daneliya iti Sarbazan adlandırıb. Sarbazan soyad deyil, apostol kilsəsində dini rəhbərlərə verilən rütbədir. Daneliya isə 60 il əvvəl Vaxtanq Kikabedzinin dili ilə erməni kilsəsinin iç üzünü açmağa çalışıb”.