“Bunu Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar” Siyasət

“Bunu Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar”

“ABŞ səfiri Mark Libbinin Şuşaya səfəri Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. O, bildirib ki, məhz ikinci Qarabağ müharibəsindən sonra ABŞ Azərbaycanda səfiri və diplomatik nümayəndələri bir qayda olaraq Şuşaya səfərdən imtina edirdi: “Ötən gün də səfir Şuşa və digər işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı çox uğursuz bir açıqlama vermişdi”.