“Bu səfər Dövlət Departamentinin təlimatı ilə reallaşıb” Siyasət

“Bu səfər Dövlət Departamentinin təlimatı ilə reallaşıb”

“Vaşinqtonun Azərbaycanda səfirinin Şuşaya səfəri Dövlət Departamentinin təlimatı ilə reallaşıb. Çünki ötən gün səfir bu kimi səfərləri şouda iştirak etməmək kimi xarakterizə etmişdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. O, bildirib ki, görünür, səfirin bu kimi açıqlaması Dövlət Departamenti ilə Azərbaycan arasında müəyyən bir narazılıq yaradıb: “Artıq Vaşinqton da Ermənistanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını, delimitasiya və demarkasiya prosesində müsbət istiqamətdə getdiyini görür. Ermənistanda revanşistlər və müxalifətin Paşinyana təzyiqləri ABŞ-da diqqətlə izlənilir”.