“Növbəti istiqamət Xankəndi olacaq” Siyasət

“Növbəti istiqamət Xankəndi olacaq”

“ABŞ səfirinin Füzuli və Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. O, bildirib ki, Azərbaycan ölkəmizdə diplomatik missiya nümayəndələrinin səfərlərini Xankəndi, Ağdərəyə təşkil etməlidir: “İlk günlər bu səfərdən bəzi səfirliklər yayınsa da bir müddətdən sonra Xankəndinə də səfərlər edəcəklər. Necə ki, üç il yarımdan sonra ABŞ səfirlərinin imtina etdiyi Şuşa səfəri reallaşdı. ABŞ Ermənistanda revanşistlərə bununla mesaj verdi ki, Vaşinqton Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıyır”.