Qüdrət Həsənquliyevdən mühüm təklif Siyasət

Qüdrət Həsənquliyevdən mühüm təklif

“Fond Heydər Əliyevin adını daşıyan siyasi və hüquqi elmlər universiteti təsis etsin”

“Hörmətli sədr, mən, ilk öncə sizi və sizi müşaiyət edən nümayəndə heyətinin üzvlərini Monteneqroya uğurlu səfərinizə görə təbrik edirəm və daha böyük uğurlar arzulayıram.
Hörmətli sədr! Qarşıdan görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günü gəlir. Heydər Əliyev yenicə müstəqillik əldə etmiş və ağır günlərini yaşayan Azərbaycanı vətəndaş qarşıdurmasından xilas edib, ölkəni dinc inkişaf yoluna çıxarıb”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, onun misilsiz bacarığı sayəsində imzalamış “Əsrin müqaviləsi” torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizn yenidən qurulmasında müstəsna rol oynamaqdadır: “Allah ruhunu şad etsin. Bu gün Heydər Əliyevin davamçılarının əsas işi Azərbaycanı güclü iqtisadiyyata sahib, demokratik hüquqi dövlətə çevirmək, ədalətli cəmiyyət qurmaq olmalıdır. Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər. Çox əlamətdar haldır ki, böyük dövlət adamı Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu bu gün 20 yaşını qeyd edir və Mehriban xanım Əliyevanın rəhərliyi altında onun irsinin öyrənilməsi və təbliğ edilməsində, ölkənin mədəni tərəqqisi üçün çoxsaylı elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və humanitar layihələr həyata keçirir. Fond Qarabağ həqiqətlərini dünyaya çatdırılması və Azərbaycanın sivil və dünyəvi ölkə kimi beynəlxalq imicinin yüksəldilməsi, mədəniyyətimizin təbliğ edilməsində böyük işlər görür. Mən çox istəyərdim ki, fond böyük dövlət adamı Heydər Əliyevin adını daşıdığından ölkəmizdə siyasi sistemin inkişafına ciddi töhfə versin, siyasi araşdırmaların aparıldığı və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir mərkəzə çevrilsin. Dünyanın bir çox ölkələrində görkəmli dövlət adamlarının adını daşıyan mərkəzlər, fondlar həm də bu işlərlə məşğul olurlar. Fondun bugünkü potenaisalı belə bir missyanı həyata keçirməyə imkan verir. Azərbaycanda biz, region ölkələri ilə müayisədə elm adamlarının, ali təhsillilərin, universitetlərin sayına görə geridə qalırıq. Fond Heydər Əliyevin adını daşıyan siyasi və hüquqi elmlər universiteti təsis etsin. Bu çox təqdirəlayiq bir hadisə olardı. Və bu mənim arzularım idi. Fondun gördüyü böyük işlərə görə, onlara təşəkkürümü bildirirəm, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Əli