Səfir: “Aİ ilə əməkdaşlığın genişlənməsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək“ Siyasət
- 1 Mart 2017 19:06
- 1 393
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə "Caspian Energy"nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin "Caspian Energy Forum Baku – 2017"də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya baxımından vacibliyini qeyd edib.
Fransa səfiri iki ölkə arasında münasibətlərin inkişaf etdiyini bildirib. "Hazırda iki ölkənin şəhər və regionları arasında 10-a yaxın saziş və sənədlə bağlı razılıq əldə edilib. Dekabr ayında Fransa Xarici İşlər Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında yerli əlaqələrin dəstəklənməsinə yönəldilmiş administrativ razılaşmanın imzalanması bunun təsdiqidir. Əməkdaşlıq təhsil və mədəniyyətdən tutmuş şərabçılıq və kənd təsərrüfatı layihələrinə kimi iqtisadiyyatın ən müxtəlif sahələrində təcrübə və birgə təşəbbüs mübadiləsini əks etdirir", - deyə səfir söyləyib.
Ticari əlaqələrdən bəhs edən Aureliya Buşez qeyd edib ki, Aİ ticarətdə Azərbaycanın əsas partnyoru və mühüm investorlarından biridir. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatında diversifikasiya və islahatlara, həmçinin sabit inkişafa kömək edəcək: "Bu da öz növbəsində bizim müsbət qarşıladığımız rəqabətli iş mühitini genişləndirmək və hazırda həyata keçirilən və planlaşdırılan islahatları dəstəkləmək yolu ilə Fransanın, eləcə də digər Avropa ölkələrinin şirkətləri ilə əməkdaşlığın inkişafına yardım edəcək. Fransa Avropa enerji təhlükəsizliyinin mühüm elementi kimi enerji daşıyıcılarının nəqli və marşrutların diversifikasiyası üzrə Aİ-nin siyasətini dəstəkləyir. "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarının kəsişmə nöqtəsində yerləşən Azərbaycan, xüsusilə "Cənub Qaz Dəhlizi" vasitəsilə, bu baxımdan mühüm rol oynayır".
Görüşün sonunda səfir "Caspian Energy"yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli münasibətlərin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.

-
DİM bu gün bir sıra imtahanlar keçirib
-
Anar Məmmədlinin qaçaqmalçılıq macəraları və Qərb şəbəkəsinin ifşası - FOTO/VİDEO
-
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - FOTO
-
AİB diqqətini iqlim dəyişikliyi ilə mübarizəyə və özəl sektorun inkişafına yönəldəcək - AİB prezidenti
-
Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq
-
Azərbaycan komandası Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazanıb
-
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
-
Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır
-
2017-ci ildən Bakı marafonunda iştirak edirəm - Vüqar Musayev
-
Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır - Xəzər Bağıyev
-
Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb - VİDEO
-
Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir - FOTO
-
Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb
-
“İstəyirlər ki, Rusiya ilə düşmən olaq” – Qüdrət Həsənquliyev
-
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
-
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
-
Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub
-
Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
-
Şahmatçılarımız 125 min dollarlıq yarışda
-
“Qızıl əlcək” sahibini tapdı
-
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlandı
-
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək?
-
Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq
-
İstirahət günü hava necə olacaq? - PROQNOZ
-
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
-
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub
-
Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
-
Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher
-
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı
-
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
-
Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
-
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
-
Zaxarova Alen Simonyana cavab verib
-
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
-
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
-
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
-
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldılıb
-
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
-
Komitə sədri GMİ sədri ilə görüşüb
-
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
-
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
-
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
-
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
-
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
-
Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
-
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib
-
Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
-
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi
-
“İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil”- MÜSİAD sədri
-
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
-
Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
-
İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar
-
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
-
Tbilisi Fransanı qeyri-obyektivlikdə günahlandırıb