“Ermənilərin təxribatları layiqincə cavablandırılır” Siyasət

“Ermənilərin təxribatları layiqincə cavablandırılır”

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinə etinasız yanaşırlar". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki, bu da əlbəttə ki, Ermənistan dövlətində arxayınlıq yaradır: "Məhz bu səbəbdən erməni diversiya qrupu təxribatlarını cəbhə boyunca daha da aktivləşdirir. Təəssüf ki, BMT-nin mövcud olan dörd qətnaməsi hələ də icra olunmayıb. Təbii ki, ermənilərin təxribatları layiqincə cavablandırılır. Onlar canlı qüvvəsini, hərbi texnikasını itirib. Ona görə mövcud hakimiyyət xalqı sakitləşdirmək istəyir. Amma əsgər anaları artıq ayağa qalxıb, Seyran Ohanyan da hakimiyyəti, ordunun uğursuzluğunun sirini açıqlamaqla hədələyir. Ermənistanda vəziyyət o qədər gərgindir ki, əhalini sakitləşdirmək üçün müxtəlif yalanlara və oyunlara əl atırlar. Ermənilər hər dəfə cəbhə xəttində təxribat törətdikdə, peşəkar Azərbaycan ordusuna məğlub olaraq geri çəkilməyə məcbur olurlar. Bu isə rəsmi Yerevanı daha da çətin vəziyyətə salır. Ona görə də Ermənistan hakimiyyəti əsassız fikirlərə və yalanlara əl atırlar. Onlar ancaq boş-boş danışmaqla məşğuldurlar. Yaxşı bilirlər ki, Azərbaycan 1990-cı illərdəki kimi zəyif deyil. Bu gün çox güclü ordumuz var. Azərbaycan öz müstəqilliyini qorumaq gücünə malikdir. Münaqişə yenidən alovlanarsa, Azərbaycan bir neçə gün ərzində torpaqlarını işğaldan azad etmək gücünə malikdir. Bunu hamıdan yaxşı Ermənistan ordusu və hakimiyyəti bilir".