“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
11:02
847
“Zəfərimizin çox önəmli bir məsələyə həsr olunmuş möhtəşəm paradını izlədik. Çox böyük bir tədbir idi. Onu möhtəşəm edən ən birinci məqam bizim hərbçilərimizin və hərbi texnikamızın nümayişi, qalib Ordumuzun keçidi idisə, digər bir mühüm məqam orada iştirak edən və bizim sevincimizi, özəl günümüzü bölüşən xarici qonaqların iştirakı idi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü söyləyib.
O qeyd edib ki, Türkiyədən, Pakistandan, Slovakiyadan, Səudiyyə Ərəbistanından, Serbiyadan, Qırğızıstandan, Qazaxıstandan, Özbəkistandan gələn nümayəndələr bu paradı möhtəşəm edən digər bir mühüm məqam idi: “Hesab edirəm ki, bu qonaqların paradda iştirakı Azərbaycanın haqq işinə bu dövlətlərin dəstəyi kimi anlaşılmalıdır. Bu parada onların qatılması Azərbaycan xalqına həmin dövlətlərin dəstəyi anlamına gəlməlidir. Çox sevindirici haldır ki, bu yüksəkrütbəli qonaqlar paradda iştirak etdilər, öz dəstəklərini göstərmiş oldular. Arzu edərdik ki, bu türk ölkələrinin, müsəlman ölkələrinin hərbi heyəti gələcək paradlarda da iştirak etsinlər”.
Röya İsrafilova
9 Noyabr 17:03
1 603
9 Noyabr 15:13
1 680
9 Noyabr 15:12
2 415