Mişel: Koştanın səfəri Aİ-Azərbaycan tərəfdaşlığında prioritetlərin müəyyənləşməsinə kömək edəcək Siyasət

Mişel: Koştanın səfəri Aİ-Azərbaycan tərəfdaşlığında prioritetlərin müəyyənləşməsinə kömək edəcək

Azərbaycanla Avropa İttifaqı arasında ortaq maraqların olduğu sahələrdə koordinasiya və əməkdaşlıq mümkündür.

APA xəbər verir ki, bunu Aİ Şurasının sabiq prezidenti Şarl Mişel deyib.

O, Aİ və Azərbaycan arasında əməkdaşlıqla bağlı məhsuldar addımların atıldığını vurğulayıb: “İlk növbədə çox yaxşı haldır ki, Antonio Koşta dünən Azərbaycana səfər edərək, Azərbaycan Prezidenti ilə görüşdü. Mən əminəm ki, bu görüşlər və danışıqlar həm Azərbaycanda, həm də Avropada prioritetlərin müəyyən edilməsinə kömək edəcək və birlikdə hansı layihələri həyata keçirə biləcəyimizi, ortaq maraqlarımızın nələr olduğunu müəyyənləşdirəcək”.

Mişel Azərbaycan və Aİ arasında hazırlanan yeni çərçivə sənədinə də toxunub: “Hazırkı vəziyyətdə bir tərəfdən bəzi fərqlərimizin ola biləcəyini qəbul etmək vacibdir. Lakin fərqlərin olması o demək deyil ki, ortaq maraqların olduğu mövzularda koordinasiya və əməkdaşlıq mümkün deyil”.