“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
16 Yanvar 13:29
3 283
Hindistan hökumətinin dini-etnik azlıqlara qarşı yürütdüyü zorakılıq və diskriminasiya siyasəti dünya ictimaiyyətinə düzgün çatdırılmalı və ona müvafiq reaksiya verilməlidir.
Bu sözləri Bakıda keçirilən "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda beynəlxalq konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
O qeyd edib ki, konfransda Siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin beynəlxalq beyin mərkəzlərinin rəhbərləri və xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri iştirak edib. Abbas Abbasov tədbirin Qrupun etnik azlıqlara qarşı yürüdülən diskriminasiya siyasətinin nəticələrini müzakirə etdiyi ilk tədbir olduğunu bildirib.
Onun sözlərinə görə, konfrans Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslərin beynəlxalq aləmdə səslərinin eşidilməsinə imkan yaradıb.
"Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu BMT və digər aidiyyəti beynəlxalq təşkilatlara daşıyacağıq", – Abbas Abbasov əlavə edib.
2 Aprel 20:58
1 099
2 Aprel 18:37
1 316
2 Aprel 17:39
2 856