20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq və faciə salnaməsi Siyasət

20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq və faciə salnaməsi

Azərbaycanın müstəqillik tarixində ən qanlı və eynizamanda ən şərəfli səhifələrdən biri olan 20 Yanvarfaciəsinin 36-cı ildönümü xalqımızın yaddaşında dəriniz buraxmış hadisələri yenidən gündəmə gətirir.

1987-ci ildən etibarən Azərbaycan xalqının həyatındagərginlik artan xətt üzrə davam edirdi. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarındannövbəti kütləvi deportasiyası, Dağlıq QarabağınErmənistana birləşdirilməsi cəhdləri getdikcə genişvüsət alırdı. Lakin Sovet rəhbərliyi bu gərginliyinqarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşıdəhşətli cinayət törətməyi planlaşdırdı.

20 Yanvar 1990-cı il hadisələri təsadüfi deyil, diqqətləplanlaşdırılmış hərbi əməliyyat idi. Yanvarınortalarında SSRİ Müdafiə və Daxili İşlərnazirliklərinin, habelə digər xüsusi təyinatlı hərbibirləşmələrin 66 mindən çox əsgər və zabiti Bakıyagətirildi. Qoşunlar Qala və "Nasoslu" aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasındayerləşdirildi.

Xüsusilə diqqətəlayiq fakt budur ki, ordu hissələrinintərkibinə Stavropoldan, Rostovdan, Krasnodardansəfərbər edilmiş erməni zabit və əsgərləri, hətta hərbiməktəblərdə təhsil alan erməni kursantları da daxiledilmişdi. Bu, əməliyyatın insanlıq əleyhinəxarakterini bir daha təsdiqləyir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşaSovet İttifaqı Kommunist Partiyası MərkəziKomitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə"Bakı əməliyyatı" başladı. Əməliyyata rəhbərliyi SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziriVadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.

Cinayətin ən böyük məkri bundadır ki, fövqəladəvəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiqedilməsinə baxmayaraq əhali bu barədə xəbərdaredilməmişdi. Daha da dəhşətlisi, qoşun hissələriyanvarın 19-da saat 21:00-dən etibarən şəhərəyeridilməyə başlamışdı.

Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxiliqoşunlar Bakını xüsusi qəddarlıqla zəbt etməyəbaşladı. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbiqulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar.

Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladəvəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı yalnız20 yanvar səhər saat 05:30-da radio vasitəsilə efirəverdi. Halbuki, bu vaxt artıq onlarla dinc sakin qətləyetirilmişdi.

Yanvarın 20-də saat 00:00-dan başlanmış hərbiəməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehlidöyüş maşınlarından istifadə edilmiş, Xəzər HərbiDonanmasına məxsus gəmilərdən şəhərə desantçıxarılmışdı. Dinc əhali ağır texnikadan və müxtəliftipli silahlardan atəşə tutulmuşdu - qadın, qoca, uşaqdemədən.

Fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfəröldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladəvəziyyətin elan olunmadığı rayonlarda terror davametdi: yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi.

Ümumilikdə Respublikada:

147 nəfər öldürüldü

744 nəfər yaralandı

841 nəfər qanunsuz həbs olundu

200 ev və mənzil məhv edildi

80 avtomaşın, o cümlədən təcili yardım maşınlarıdağıdıldı

Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrünqiymətləri ilə 5.637.286 rubl məbləğində maddi ziyanvuruldu.

Faciənin ertəsi günü - yanvarın 21-də Ulu ÖndərHeydər Əliyev Azərbaycanın Moskvadakı daiminümayəndəliyinə gələrək xalqla birgə olduğunubildirdi. O, təhlükələrdən çəkinməyərək 20 Yanvarfaciəsinə ilk siyasi-hüquqi qiyməti verdi.

Ulu Öndər bəyan etdi: "Mən bu faciəyə həmişəürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinəyetirməyə çalışmışam və bu gün də həminmövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə".

Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi iləbağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərəkrəsmi açıqlama tələb etdi: "Azərbaycana kənardanböyük ordu kontingenti yeridilmişdir. Oraya əlavəqoşun yeritmək nəyə lazım idi? Belə qərar qəbul edənAzərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanıqoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyətdaşımalıdır".

1990-cı il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətverən qərar qəbul edildi. Azərbaycan xalqının ümumirəyini özündə təcəssüm etdirən bu qərar Ulu ÖndərHeydər Əliyevin qətiyyətinin təzahürü kimi tarixədüşdü.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanlar faciə ilə bağlı əslhəqiqəti aşkar etməyə cəsarət tapmadılar. AzərbaycanXalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bumövzunu unutdu, hakimiyyətdə olduğu dövrdə faciəyəsiyasi qiymət vermək üçün öz imkanlarından istifadəetmədi.

1994-cü il martın 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilikorqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlətsəviyyəsində siyasi-hüquqi qiymət verildi.

Milli Məclisin Qərarında deyilir: "Azərbaycanda vüsəttapmış milli azadlıq hərəkatını boğmaq, demokratik vəsuveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxanxalqın inam və iradəsini qırmaq, milli mənliyinialçaltmaq məqsədilə 1990-cı il yanvarın 20-də SovetSilahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın birneçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətinmüdafiəsi naminə küçələrə çıxmış silahsız adamlarınqəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqınaqarşı totalitar kommunist rejimi tərəfindən hərbitəcavüz və cinayət kimi qiymətləndirilsin".

Ulu Öndər Heydər Əliyev 1998-ci il avqustun 5-də "Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə" Sərəncamimzaladı. Kompleksin açılışı 10 oktyabr 1998-ci il tarixində oldu.

2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı iləŞəhidlər Xiyabanı rekonstruksiya olunarkən "ƏbədiMəşəl" abidəsinin sütunları hündürləşdirildi, abidədəkisəkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələriqızılla işlənildi.

1998-ci il martın 31-də Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı təsis edildi. Bu fəxri ad Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilinyanvarında Bakı şəhərində, Lənkəran və Neftçalarayonlarında faciəli hadisələr zamanı həlak olmuş vəhəmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfatetmiş şəxslərə verilir.

Prezident İlham Əliyev şəhidlərin xatirəsinin ucatutulmasına, şəhid ailələrinin sosial məsələlərininhəllinə xüsusi diqqət ayırır. 2006-cı ildə "20 Yanvarşəhidinin ailəsi üçün Azərbaycan RespublikasıPrezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalandı.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanınbütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Tarixi əhəmiyyət və nəticələr

20 Yanvar hadisələri nəticəsində Sovet imperiyasıAzərbaycanda özünün bütün siyasi və hüquqidayaqlarını itirdi. Xalqın Sovet İKP-yə və mövcudrejimə qarşı nifrəti son həddə çatdı, Sovet İKP üzvlərikütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarınıtərk etdilər.

Ulu Öndər Heydər Əliyev haqlı olaraq deyirdi: "20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydıngörürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı vəmüstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Xalqınbirliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi vəbu, 20 Yanvarı səciyyələndirən ən mühümməqamlardan biridir".

20 Yanvar hadisələri dünya azərbaycanlılarınıntəşkilatlanmasına səbəb oldu, Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi, Milli azadlıqhərəkatını tam siyasi reallığa çevirdi, xalqı özgələcəyini yalnız müstəqil Azərbaycanda görməyəyönəltdi.

Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi vəərazi bütövlüyü uğrunda mübarizədə canlarındankeçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illikhəsrətinə son qoydu, torpaqlarımızı erməni işğalındanazad etdi.

2023-cü ilin sentyabrında həyata keçirilən uğurluantiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanınüçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmişərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davamedir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

20 Yanvar faciəsi Azərbaycan xalqı üçün təkcə böyükfaciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cürqurban verməyə hazır olan xalqın tarixində şərəfli birsəhifədir. Bu, müstəqillik, istiqlal və hürriyyət uğrundaxalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsikimi Azərbaycan tarixinə həkk olunub və nəsillərdən-nəsillərə keçəcək qəhrəmanlıq salnaməsidir.

Naqif Həmzəyev
Milli Məclisin deputatı