09:04
700
İran İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari İranın ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşləri davam etdirəcəyini bildirib.
Bəs ABŞ və İsrail təslim olacaqmı?
Politoloq Aydın Tağıyev hesab edir ki, bu İranın rəsmi mövqeyini əks etdirir və daha çox siyasi ritorika xarakteri daşıyır:.
"ABŞ və İsrailin “təslim olması” ehtimalı reallıqda çox aşağıdır, çünki bu ölkələr regional və qlobal güc balansında öz maraqlarını qorumağa çalışırlar. Belə bəyanatlar adətən daxili auditoriyaya güc nümayiş etdirmək, həmçinin beynəlxalq səviyyədə psixoloji təzyiq yaratmaq məqsədi daşıyır. Beynəlxalq münasibətlərdə “təslim olmaq” anlayışı müasir diplomatiyada nadir hallarda baş verir.
Əksinə, tərəflər adətən danışıqlar, vasitəçilik və ya qarşılıqlı güzəştlərlə münaqişələri idarə etməyə çalışırlar. Bu səbəbdən, İranın sözçüsünün dediyi kimi ABŞ və İsrailin açıq şəkildə təslim olması gözlənilən deyil. Demək olar ki, bu cür bəyanatlar daha çox informasiya müharibəsinin bir hissəsidir.
Əslində, regionda gərginliyin azaldılması üçün diplomatik kanalların gücləndirilməsi və beynəlxalq vasitəçilik mexanizmlərinin işə salınması daha real və praktikdir".
Cavid
10:24
280
09:06
763
2 Aprel 18:34
1 197