Dövlət Bağçalı: Sovet İttifaqının qanlı müdaxiləsi Azərbaycanın istiqlal yürüşünü əngəlləyə bilmədi Siyasət

Dövlət Bağçalı: Sovet İttifaqının qanlı müdaxiləsi Azərbaycanın istiqlal yürüşünü əngəlləyə bilmədi

“20 Yanvar Türk millətinin zəngin yaddaşında dərin bir ağrı və iztirabın ortaq əks-sədası kimi yaşayır”

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının qrup iclasında səsləndirib.

Baxçalı 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlara toxunaraq faciə qurbanlarını yad edib.

“Bu silahlı müdaxilə tarixə Qara Yanvar kimi düşmüş faciəli bir gündür. Lakin bu vəhşi müdaxilə Azərbaycan türklüyünün istiqlal yürüşünü dayandıra bilməmişdir.

20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda ödədiyi ən ağır bədəllərdən biri olmaqla yanaşı, Türk millətinin zəngin yaddaşında dərin bir ağrı və iztirabın ortaq əks-sədası kimi yaşayır.

Digər tərəfdən, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi uzun illər səbir və inamla gözlənilən azadlığın və ədalətin təcəssümünə şahidlik etmişdir”, – deyə Baxçalı çıxışında bildirib.

***

12.05

Sovet İttifaqının qanlı müdaxiləsi Azərbaycanın istiqlal yürüşünü əngəlləyə bilmədi.

APA xəbər verir ki, bu barədə MHP lideri Dövlət Bağçalı bildirib.