BAK Avropa Parlamentində akkreditasiyadan keçib Siyasət
- 4 İyun 2014 17:50
- 777
Qurum soyqırımı problemlərini araşdıran aparıcı Avropa institutları ilə danışıqlara başlayıb
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa Parlamentində akkreditasiyadan keçib, eyni zamanda soyqırımı problemlərini araşdıran aparıcı Avropa institutları ilə danışıqlara başlayıb.
APA-nın məlumatına görə, bu barədə BAK-ın prezidenti Sahil Qasımlı bildirib.
O qeyd edib ki, artıq BMT-nin Avropa üzrə Cenevrədəki ofisində də akkreditasiyadan keçmək üçün müraciət olunub və tezliklə müsbət cavab alınacağı gözlənilir: "Bu kimi təşkilatlarda akkreditasiyadan keçmək orada rəsmən tanınmaq deməkdir və bu da Azərbaycan həqiqətlərini dünyaya tanıtmaqda çox mühüm rol oynayır".
BAK rəhbəri bildirib ki, Azərbaycan diasporunun yeni başlamaq istədiyi lobbiçilik hərəkatında bu çox həlledici məqamdır: "Avropa Parlamentində akkreditasiyadan keçmək daha geniş imkan verəcək ki, üzv olan 28 ölkə ilə ciddi işlər görək. Bunun çox səmərəli nəticələri olacaq".
S. Qasımlı onu da deyib ki, gələn il ermənilərin Avropada uydurma erməni soyqırımının 100 iliyinin keçirilməsi ilə bağlı planları var və Azərbaycan diasporu buna qarşı ciddi hazırlıqlar görür: "Dünya erməni diasporu bununla bağlı Avropada ciddi nəsə eləmək istəyir. Tezliklə bizim qurultayımız olacaq ki, biz orada ciddi qərarlar qəbul edib planlar quracağıq. Bizim ciddi addımlarımız olacaq".
BAK rəhbəri qeyd edib ki, gələn il Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya oyunları ilə bağlı ermənilərin Avropada əks təbliğat aparılması gözlənilir: "Bunun da qarşısının alınması üçün biz işimizi quracağıq".
O artıq Avropa Parlament üzvlərinə məktubların göndərilməsinə başlandığını bildirib: "Həmçinin Haaqada dünyada baş vermiş soyqırımlarını analiz edən institutlar var ki, onlarla hazırda ciddi iş aparır. Danışıqlarda bizə bildirilir ki, qondarma bir erməni soyqırımı barədə düşünməkdənsə, yaxın tarixdə baş verən real Xocalı soyqırımını də nəzərə alıb bu institutlarda qeydə almaq lazımdır. Əminəm ki, tezliklə Avropada bu soyqırımına hüquqi və siyasi qiymətlərin verilməsi üçün bu institutların böyük rolu olacaq".

-
DİM bu gün bir sıra imtahanlar keçirib
-
Anar Məmmədlinin qaçaqmalçılıq macəraları və Qərb şəbəkəsinin ifşası - FOTO/VİDEO
-
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - FOTO
-
AİB diqqətini iqlim dəyişikliyi ilə mübarizəyə və özəl sektorun inkişafına yönəldəcək - AİB prezidenti
-
Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq
-
Azərbaycan komandası Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazanıb
-
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
-
Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır
-
2017-ci ildən Bakı marafonunda iştirak edirəm - Vüqar Musayev
-
Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır - Xəzər Bağıyev
-
Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb - VİDEO
-
Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir - FOTO
-
Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb
-
“İstəyirlər ki, Rusiya ilə düşmən olaq” – Qüdrət Həsənquliyev
-
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
-
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
-
Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub
-
Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
-
Şahmatçılarımız 125 min dollarlıq yarışda
-
“Qızıl əlcək” sahibini tapdı
-
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlandı
-
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək?
-
Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq
-
İstirahət günü hava necə olacaq? - PROQNOZ
-
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
-
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub
-
Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
-
Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher
-
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı
-
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
-
Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
-
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
-
Zaxarova Alen Simonyana cavab verib
-
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
-
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
-
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
-
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldılıb
-
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
-
Komitə sədri GMİ sədri ilə görüşüb
-
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
-
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
-
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
-
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
-
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
-
Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
-
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib
-
Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
-
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi
-
“İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil”- MÜSİAD sədri
-
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
-
Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
-
İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar
-
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
-
Tbilisi Fransanı qeyri-obyektivlikdə günahlandırıb