“Pakistan üzünü Rusiyaya tərəf çevirib” Siyasət
- 23 May 2018 15:50
- 630
"ABŞ-la münasibətləri gərginləşən Pakistan üzünü Rusiyaya tərəf çevirib. Amerikalıların tərk etdiyi Pakistan özünün silah bazarını ruslarla doldurmaq istəyir". Bunu Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, 2016-cı ildə ölkə tarixində ilk dəfə olaraq Rusiya ilə "Dostluq-2016" adı altında birgə hərbi təlimlər keçirilib. Ötən il isə Moskva İslamabada 4 ədəd Mi-35 hücum helikopteri və 2 ədəd Mi-171 nəqliyyat helikopteri satıb: "Pakistan tərəfi artıq Mi-26 nəqliyyat helikopterinin, havadan müdafiə sistemi və idarə olunan artilleriya sisteminin alınması üçün Moskva ilə danışıqlar aparır. Su-25 qırıcıları ilə bağlı müzakirələr isə hələ 2016-cı ildən başlayıb. İslamabadın bu addımı çox maraqla qarşılanır. Çünki Pakistan yarandığı 1947-ci ildən demək olar ki, ABŞ-la sıx hərbi əməkdaşlıq içərisində idi.
ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamaya görə, Birləşmiş Ştatlar indiyədək Pakistana 33 milyard dollar maddi yardım edib. Ancaq son zamanlar Tramp administrasiyası rəsmi Vaşinqtonun Pakistana münasibətdə ənənəvi siyasətini dəyişərək İslamabadı "Taliban" və "Həqqani" şəbəkəsi kimi teror təşkilatlarına dəstək verməkdə ittiham edərək ona silah satışına qadağa qoydu. Nəticə etibarilə Pakistan artıq Rusiyaya meyillənir".
Z.Əmrəliyev qeyd edib ki, Moskvanın bu hərəkətliliyi yerində olan və ağıllı bir addımdır:
"Pakistan strateji cəhətdən çox önəmli bir ərazidə yerləşir. Belə bir müttəfiq isə hegemonluq iddiasında olan hər bir dövlətə lazımdır. Hindistana gəlincə, düşünürəm ki, bu, rəsmi Dehlidə qısqanclıq yaradacaq. Bu onu Moskvadan uzaqlaşdırmayacaq, əksinə daha da yaxınlaşdıracaq və hindistanlılar əzəli rəqibləri olan pakistanlılara üstün gəlmək üçün Moskvaya daha güclü silahlar sifariş verəcək.
Təsadüfi deyil ki, hələ 2010-cu ildə Rusiyanın baş naziri Vladimir Putin Dehlidə səfərdə olarkən hindistanlı həmkarı Manhoman Sinq mətbuat konfransında Rusiya-Pakistan hərbi əməkdaşlığının Hindistan üçün təhlükəli olmadığını bildirmişdi.
Düzdür, Hindistan buna rəğmən son zamanlar bir qədər şıltaq hərəkətləri ilə diqqət çəkir. Hindistan-Fransa yaxınlığını buna nümunə göstərmək olar. Ancaq Dehli Moskvaya yeni silah sifarişi verməkdə davam edir. Beləliklə, Moskva daha əlverişli silah bazarına və yeni güclü tərəfdaşa yiyələndi. Artıq həm hindistanlılar, həm də pakistanlılar ruslardan sürətlə silah alacaqlar. Trampın isə necə böyük bir səhv etdiyini amerikalılar yaxın vaxtlarda görəcəklər".

-
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
-
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
-
Ötən ay 785 qanunsuz miqrant saxlanılıb - VİDEO
-
İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
-
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
-
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
-
Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirilib
-
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
-
Şirkətin xəzinədarının 163 min manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə başlayır
-
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
-
Aleksandr Novak: Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Zaxarova Londonu hədələyib: Britaniya hərbi obyektlərini vura bilərik
-
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
-
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
-
Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır
-
Sumqayıtda təhsil müəssisəsində 250 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
-
Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
-
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
-
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
-
"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır"
-
Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb
-
Taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanılıb
-
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
-
Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur
-
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
-
“Supermen” filmindən ilk kadr yayımlanıb
-
"Dərinsulu Günəşli" platforması üzrə profilaktik işlər başa çatıb
-
Dünya üzrə qızlar üçün ən birinci məktəb Marağa şəhərində olub
-
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
-
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
-
Rusiya hökuməti istefa verib
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb
-
30 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn edilib - FOTO/VİDEO
-
Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib
-
Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb
-
Paşinyan: Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi XİN başçılarının görüşündə müzakirə olunmalıdır
-
Deputat qəzet köşklərində siqaret satılmasına qarşı çıxıb
-
Putin rəsmi olaraq beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB
-
Sabir Rüstəmxanlı: 3-4 manatlıq arağa baxanda bilinir ki, saxtadır, bəs, buna lisenziyanı kim verir?
-
Sabahın hava proqnozu
-
"Ermənistanda kilsənin siyasi etirazları nəticə verməyəcək"
-
Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır - Qüdrət Həsənquliyev
-
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
-
Borrell İsrailin Rəfahdakı əməliyyatından narahatdır
-
ABŞ səfiri Rusiyanı tərk edib
-
Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsiylə əlaqədar pul kompensasiyası ödəniləcək
-
Qüdrət Həsənquliyevdən mühüm təklif
-
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
-
Yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı açıqlanıb
-
“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycan iqtisadiyyatı 5 dəfə böyüyə bildi”
-
“İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir”
-
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
-
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib
-
Qadın sahibkarlığın inkişafı ilə bağlı 50 milyon manatdan çox güzəştli kredit verilib - Nazir müavini