Bələdiyyə funksionerindən uşaq futbolunun inkişafı ilə bağlı ilginc təklif
Zaxarova: Rusiya ABŞ və İsraildən xarici nümayəndəlikləri üçün təhlükəsizlik zəmanəti tələb edir
MN-dəki milyonluq mənimsəmə ilə bağlı daha bir maliyyə xidməti rəisinin məhkəməsi başlayıb
İran yenidən “Saudi Aramco”ya məxsus neft təsisatına raket zərbəsi endirib
Suriya İsrailin xəbərdarlığından sonra Livanla sərhəd-keçid məntəqəsini bağlayıb
29 Yanvar 2020 12:52
1 764
Yanvarın 25-də sosial şəbəkələrdə Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan yardım təyyarəsinin göndərildiyi barədə məlumat yayılmışdı.
Hətta azərbaycanlı xilasediciləri daşıyan təyyarə Elazığ aeroportunda eniş etdiyi barədə qətiyyətli iddiaların da ortaya atıldığının şahidi olduq.
Rəsmi açıqlama ilə təsdiq olunmasa da həmin xəbərin ayın 26-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmi “Facebook” səhifəsində paylaşılması iddiaları daha da gücləndirdi. Bu paylaşımdan sonra hər kəs, hətta qardaş ölkənin vətəndaşları da sosial şəbəkələrdə paylaşım edərək, Azərbaycan dövlətinə təşəkkür ünvanladılar.
Lakin qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a xəbərin həqiqəti əks etdirmədiyi barədə məlumat verildi. FHN mətbuat katibi Gülçin Mehdiyeva saytımıza açıqlamasında belə bir yardım təyyarəsinin göndərilmədiyini söylədi.
Bu dəfə isə Baş Konsulluq kimi rəsmi, yüksək bir qurumun sosial şəbəkədə həqiqəti əks etdirməyən məlumat yayımlaması tənqidlərə səbəb oldu. Daha sonra həmin məlumat Baş Konsulluğun feysbuk səhifəsindən silindi.
Konsulluğun bu səhvi haqqında Xarici İşlər Nazirliyindən münasibət almağa çalışdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Modern.az-a açıqlamasında İstanbuldakı Azərbaycan Baş Konsulluğunun səhifəsində belə bir paylaşımı görmədiyini bildirib.
“Mən belə bir paylaşımı görməmişəm”, - deyən XİN sözçüsü bu səbəbdən məsələyə şərh vermək istəməyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubu Elazığda baş vermiş güclü zəlzələ ilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.