İran aviaşirkətinin pilotları və ekipaj üzvləri Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO
Paşinyan Kobaxidzeni TRIPP barədə məlumatlandırıb, Rusiya ilə münasibətləri müzakirə edib
Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün 61 847 manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
12:04
679
Xəzərdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, DSX-nin Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.